Azərbaycanda “yaşıl güc”lərin ümumi enerji sistemində payı 2030-cu ilədək hədəfi üstələyəcəkbackend

Azərbaycanda “yaşıl güc”lərin ümumi enerji sistemində payı 2030-cu ilədək hədəfi üstələyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istehsal olunan güc 1 688 MVt təşkil edir ki, bu da ümumi gücün təqribən 20 %-nə bərabərdir.

İnterpress.az  xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev bu gün Bakıda “SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi” mövzusunda keçirilən SPECA 2023 İqtisadi Forumunda deyib.

O bildrib ki, bu göstəricinin 2030-cu ilə qədər 30 %-dək artırılması planlaşdırılır: “2027-ci ilin sonunadək 1 870 MVt həcmində “yaşıl güc”lərin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpa olunan enerjinin payının götürdüyümüz hədəfdən, yəni 30 %-dən 33 %-ə çatması gözlənilir. Bu məqsədlərə nail olmaq üçün ölkənin energetika sektorunda islahatlar aparılır”.