21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.
Parnu şəhərindəki “Parnu Rannastadion”dakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Robert İan Jenkinsin rəhbərliyi ilə uelsli hakimlər idarə edəcək.
AVRO-2023, seçmə mərhələ
20:00. Estoniya – Azərbaycan
Baş hakim: Robert İan Jenkins (Uels)
Parnu. “Parnu Rannastaadion”
Qeyd edək ki, Azərbaycan yığması A qrupunda 7 oyundan sonra 4 xalla 5-ci pillədə qərarlaşıb. 8 qarşılaşmanın hamısında məğlub olan Estoniya isə sonuncu – 6-cı yerdədir.