“Azərbaycanlı tələbələrin Türkiyədə təhsil alması dəstəklənəcək” – Nazirbackend

“Azərbaycanlı tələbələrin Türkiyədə təhsil alması dəstəklənəcək” – Nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il ərzində Türkiyədə dövlət hesabına təhsil alacaq tələbələri görməkdən məmnun olacağıq”.

İnterpress.az-ın xəbərinə görə, təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın tarixi əhəmiyyəti var:

“Prezident İlham Əliyevin imzaladığı sərəncamla xaricdə təhsillə bağlı dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin Türkiyə universitetlərində təhsil alması dəstəklənəcək”.