Bu ilin yanvar-oktyabr aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 19 milyard 452,795 milyon manat təşkil edib.
İnterpress.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 85,9 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 39,7 % artaraq 10 560 olub.
BFB-nin dövriyyəsinin 58,4 %-i və yaxud 11 milyard 355,562 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 2,9 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızlarının dəyəri 23,1 % artaraq 6 milyard 914,163 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 19,1 % artaraq 1 milyard 183,07 milyon manat olub.