“Bakı Metropoliteni”nin əməkdaşı iş başında vəfat edibbackend

“Bakı Metropoliteni”nin əməkdaşı iş başında vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC-nin əməkdaşı vəfat edib.

Bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.

Bildirilib ki, qurumun Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 7:55 dəqiqədə “Elmlər Akademiyası” stansiyasında özünü pis hiss edib.

Dərhal ona təcili tibbi yardım xidməti cağırılıb, ilkin yardım edilib. Təcili tibbi yardım xidməti çatana qədər dünyasını dəyişib.

“Bakı Metropoliteni” QSC-nin kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!