Bakı metrosunda qatarların hərəkətində problem aradan qaldırılıbbackend

Bakı metrosunda qatarların hərəkətində problem aradan qaldırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metrosunun bütün istiqamətlərində səhər saatlarında qatarların hərəkətində problem yaranıb.

İnterpress.az xəbər verir ki, şahidlərin sözlərinə görə, qatarların hərəkəti 15 dəqiqədən çox dayanıb.

Şahidlər həmçinin Qara Qarayev stansiyasına girişin dayandırıldığını bildiriblər. Bəzi stansiyalarda isə sərnişinlərin qatarlardan düşürüldüyü qeyd olunur.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb. Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır.

Hazırda qırmızı xətti üzrə qatarların hərəkəti qrafik üzrə intervallara uyğun təmin olunub.