Polis ona hücum edən ayını GÜLLƏLƏDİ – VİDEObackend

Polis ona hücum edən ayını GÜLLƏLƏDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koloradoda polis üzərinə hücum edən dişi ayını güllələyərək öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

ABŞ-nin Kolorado ştatında qara ayı yaşayış məntəqəsinə daxil olub. Hadisə yerinə toplaşan insanlar yırtıcı heyvana yaxınlaşmaqdan çəkinməyiblər.

Polis əməkdaşı ərazidəki şəxslərdən uzaqlaşmalarını tələb edərək ayının ev heyvanı olmadığını və təhlükə yarada biləcəyini bildirib.

Bir müddət sonra dişi ayı qəfil polis əməkdaşının üzərinə doğru qaçıb. Özünü qorumaq üçün silahından atəş açan polis ayını öldürüb.

Gərgin anlar polis əməkdaşının sinəsindəki videokameraya düşüb. Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az