Bakı metrosunda hadisə: Sərnişin relslərin üstünə düşdübackend

Bakı metrosunda hadisə: Sərnişin relslərin üstünə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İçərişəhər-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatar “Nəriman Nərimanov” stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Bakı metropoliteni” QSC məlumat yayıb.

Hadisə ilə bağlı dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb.

Sərnişinə ilkin tibbi yardım göstərilib.

12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub.

Aidiyyəti üzrə araşdırma aparılır.