Bakı metrosunda qatarda texniki nasazlıq yaranıbbackend

Bakı metrosunda qatarda texniki nasazlıq yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov-İçərişəhər” marşrutu üzrə hərəkət edən qatar “Xalqlar dostluğu” stansiyasında olanda qapılardan biri ilə bağlı problem yaranıb.

Bu barədə İnterpress.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, operativ baxış zamanı müdaxilə nəticəsində nasazlıq ehtimalı ilə olduğu müəyyən edilib. Təhlükəsizlik tələbinə uyğun sərnişinlər düşürülməklə, qatarın xətdən çıxarılması qərara alınıb. Nəticədə 4 dəqiqəlik yubanma yaranıb.