Bakı şəhər Prokurorluğundan Nizami Xudiyevin oğlunun işdən çıxarılması barədə AÇIQLAMAbackend

Bakı şəhər Prokurorluğundan Nizami Xudiyevin oğlunun işdən çıxarılması barədə AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər Prokurorluğu Nizami Xudiyevin prokurorluq orqanlarında çalışan oğlunun işdən çıxarılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

İnterpress.az xəbər verir ki, bu barədə Bakı şəhər Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, bəzi KİV-də Nazim Nizami oğlu Xudiyevin tutduğu vəzifədən azad edilməsi barədə yayılan məlumatlar yalandır:

“Nazim Xudiyev hazırda Bakı şəhər Prokurorluğunda idarə prokuroru vəzifəsində çalışır”.

Qeyd edək ki, Nazim Xudiyev AzTV-nin sabiq rəhbəri Nizami Xudiyevin oğludur.

İnterpress.az