Bu ilin yanvar-sentyabr aylarında Bakı-Sumqayıt-Bakı sürətli sərnişin qatarları ilə 4 milyon 686 min 373 nəfər daşınıb.
İnterpress.az “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41 % çoxdur.
Bundan başqa, hesabat dövründə səhmdar cəmiyyəti paytaxtdan regionlara və əks istiqamətdə 229 min 322 nəfər (31 % çox) sərnişin daşıyıb, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar beynəlxalq daşımlar isə həyata keçirməyib.