Bakıda 7 avtomobil TUNELDƏ bir-birinə çırpıldı: YARALILAR VARbackend

Bakıda 7 avtomobil TUNELDƏ bir-birinə çırpıldı: YARALILAR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nərimanov rayonunda sərnişin avtobusu yük avtomobili ilə toqquşub.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində üzü Koroğlu metrosu istiqamətində baş verib.

Tuneldə yüksək sürətlə hərəkətdə olan “KamAZ” markalı yük avtomobilinin sürücüsü əyləcdən istifadə edib. Yük avtomobilinin əyləc sistemi xarab olduğundan nəqliyyat vasitəsi əvvəlcə  2 “Toyota”, 2 “Hyundai” və “Mercedes” markalı minik avtomobillərinə çırpılıb.

 

İdarəetmədən çıxan “KamAZ” daha sonra eyni istiqamətdə hərəkətdə olan “BakuBus MMC”yə məxsus 13 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Daha sonra yük avtomobili tunelin beton divarına çırpılaraq dayanıb.

Yük avtomobilinin sürücüsü “APA”ya verdiyi müsahibəyə görə, o Nəvai postundan çıxaraq şəhərə yük gətirirmiş. Əyləc sisteminin xarab olması da qəzaya səbəb olub. Avtoqəza zamanı yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb.
23:11

“20 Yanvar” dairəsindən Z.Bünyadiv prospekti istiqamətində tuneldə baş verən zəncirvari qəzada yük avtomobilinin sürücüsü qaş nahiyəsindən xəsarət alıb, sərnişin isə şok keçirib.

Lent.az-ın xəbərinə görə, qəza zamanı yük maşınına, iki “Toyota” markalı, bir “Hyundai” markalı avtomobilə və avtobusa ziyan dəyib.

***

22:31

“20 Yanvar” dairəsindən Z.Bünyadiv prospekti istiqamətində tuneldə yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə,  09 BO 440 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkət edən 4 minik avtomobili və 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JB 297 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

İlkin məlumata görə, qəza yük avtomobilinin əyləc sistemindəki nasazlıq səbəbindən baş verib.

Qeyd olunub ki, sərnişin avtobusu depoya qayıtdığından içərisində sərnişin olmayıb.