Bakıda bu restoranda şəhidlərimizə HÖRMƏTSİZLİK: MUSİQİ MƏCLİSİ QURULUBbackend

Bakıda bu restoranda şəhidlərimizə HÖRMƏTSİZLİK: MUSİQİ MƏCLİSİ QURULUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hərbçilərinin təxribatı nəticəsində Azərbaycan Ordusunun 50-dək hərbçisinin şəhid olduğu gündə “Fəvvarələr meydanı”nda yerləşən restoranlardan birində musiqi məclisi qurulub.

Bu barədə İnterpress.az saytının baş redaktoru Toğrul Allahverdili məlumat yayıb.

Onun sözlərinə görə, dəfələrlə müraciət olunmasına baxmayaraq, “Second Cup” restoranı musiqinin söndürülməsilə bağlı paytaxt sakinlərinin xahişini yerinə yetirməkdən imtina edib.

Gənc ictimai fəallar bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Bildirilib ki, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.