Bakıda dəhşətli intihar hadisəsi olub.
İnterpress.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində “Siyaqut” şadlıq sarayının yaxınlığında qeydə alınıb.
Adı hələlik məlum olmayan gənc oğlan hündürmərtəbəli binanın 16-cı mərtəbəsində özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Onun komendant olduğu bildirilir.
Nəticədə binadan özünü atan və komendant yerindəcə keçiniblər.