Bakıda DƏHŞƏT: marşrut avtobusu aşdı, yaralılar var – ÖZƏL VİDEObackend

Bakıda DƏHŞƏT: marşrut avtobusu aşdı, yaralılar var – ÖZƏL VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Qazax yolunun Qaradağ rayonundan keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

İnterpress.az görüntüləri təqdim edir:

Qeyd edək ki, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanlar olib. Yaralıların 8-i Kliniki Tibbi Mərkəzə gətirilib və müvafiq şöbələrinə yerləşdirilib.

Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-in vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB də hadisə barədə açıqlamaya yayıb. Qeyd edilib ki, Bakı-Ələt yolunda baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası hadisə yerinə cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan 23 nəfər (19-u qadın, 4-ü kişi olmaqla) həkim briqadaları tərəfindən tibb müəssisələrinə təxliyə edilib.

Xəsarət alanlara zəruri tibbi xidmətlər göstərilib. Onların müvafiq şöbələrdə müalicələrinə davam edilir.

Qeyd edək ki, xəsarət alanlara əsasən, bədənin küt travması, döş qəfəsinin küt travması, başın ənsə nahiyəsinin əzilməsi, sağ çiynin əzilməsi, sol ayağın küt travması və s. diaqnozlar qoyulub.

Onların vəziyyətlərilə bağlı əlavə məlumat veriləcək.