Bakıda dəhşətli intihar: İki yeniyetmə qız özlərini binadan atdıbackend

Bakıda dəhşətli intihar: İki yeniyetmə qız özlərini binadan atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda iki yeniyetmə qız intihar edib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki doqquzmərtəbəli binada baş verib.

İki yeniyetmə qız doqquzmərtəbəli binanın damına çıxaraq eyni anda özlərini ataraq itihar ediblər.

İlkin məlumata görə, qızların biri 2004-cü digəri isə 2005-ci il təvəllüdlüdür. Onların kimliyi hələ müəyyən olunmayıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilir. Qızların hansı səbəbdən intihar etdiyi məlum deyil.

 

Bünyamin Bünyadzadə

İNTERPRESS.AZ