Bakıda hər 10 nəfərdən 3-ü velosiped sürür – SORĞUbackend

Bakıda hər 10 nəfərdən 3-ü velosiped sürür – SORĞU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyi “Nəqliyyat Könüllüləri”nin iştirakı ilə paytaxt sakinləri və velosipedçilər arasında Bakı şəhərində velosiped infrastrukturunun genişləndirilməsi ilə bağlı sorğu keçirib.

Bu barədə qurumdan bildirilib.

Məlum olub ki, şəhər sakinlərinin 100%-i paytaxtda velosiped zolağına mütləq şəkildə ehtiyac olduğunu düşünür. Respondentlərin 27 %-i hər gün velosipeddən istifadə etdiklərini qeyd edib. Sorğu iştirakçılarının 97 %-i fikrinə görə, şəhərin digər küçələrində də velosiped zolaqları təşkil olunmalıdır. Şəhər sakinlərinin 94 %-i velosiped infrastrukturunun inkişaf edəcəyi təqdirdə, velosipeddən daha çox istifadə olunacağını bildirib. Eyni zamanda respondentlərin 78 %-i velosipeddən istifadə üçün mövcud infrastrukturun yetərli olmadığını düşünür.