Bakıda iki kişini ağır yaraladılarbackend

Bakıda iki kişini ağır yaraladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakıda iki bıçaqlanma hadisəsi qeydə alınıb.

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mayın 27-si saat 21:00 radələrində Bakının Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində münaqişə zamanı döş qəfəsindən bıçaq xəsarəti alan 1980-ci il təvəllüdlü yerli sakin Azər Məmmədov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktın araşdırılması zamanı 1-ci Polis bölməsinin əməkdaşları şübhəli bilinən 1982-ci il təvəllüdlü qəsəbə sakini Əli Abdullayevi saxlayıblar.

Məlum olub ki, onlar arasında münasibətləri müəyyən etməklə bağlı münaqişə yaranıb.

Hadisə iştirakçılarından heç biri münaqişəyə kimin başladığını etiraf etməyib. Maraqlıdır ki, onlar daha əvvəl tanış olmayıblar.

Faktla bağlı araşdırma davam edir.

Elə həmin gecə saat 23:50 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs özəl klinikaya yerləşdirilmiş 2001-ci il təvəllüdlü Elcan Şəfiyevi bıçaqlayıb. Hazırda Rayonun 13-cü Polis şöbəsinin əməliyyatçıları cinayətdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirməyə çalışırlar.

İnterpress.az