Bakıda işlədiyi yerdən çıxan qadın itkin düşübbackend

Bakıda işlədiyi yerdən çıxan qadın itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 27 yaşlı qadın itkin düşüb.

Hadisə avqustun 11-də Səbail rayonu, Salyan yolu 32 ünvanında qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızı işlədiyi “Gəncə təndiri” adlı çörək sexindən saat 21 radələrində çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində araşdırma aparılır.