Bakıda mənzildə 36 yaşlı şəxsin meyiti tapılıbbackend

Bakıda mənzildə 36 yaşlı şəxsin meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mənzildə 36 yaşlı şəxsin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü Əliyev Şamil Azad oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.