Bakıda mənzildən 15 min manat dəyərində qızıl əşyalar oğurlandıbackend

Bakıda mənzildən 15 min manat dəyərində qızıl əşyalar oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən külli miqdarda qızıl-zinət oğurluğu faktı qeydə alınıb.

Bu barədə İnterpress.az hüquq-mühafizə orqanlarından məlumat verilib.

Naməlum şəxs qapı kilidini açaraq, 1980-ci il təvəllüdlü Famil Hüseynovun mənzilinə daxil olub və 15 min manat dəyərində qızıl əşyaları oğurlayıb.

Faktla bağlı cinayət işinə başlanıb, hələlik həbs olunan yoxdur.

İnterpress.az