Bakıda özlərini Qarabağ qazisi kimi təqdim edənlər bələdiyyə üzvlərini döydülərbackend

Bakıda özlərini Qarabağ qazisi kimi təqdim edənlər bələdiyyə üzvlərini döydülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dekabrın 9-da saat 11 radələrində özlərini “Çinar Park” MMC-nin işçiləri və Qarabağ qaziləri kimi təqdim edən bir qrup şəxs Yasamal rayon bələdiyyəsinin inzibati binasına daxil olub, bələdiyyə ilə MMC arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsinə etiraz edərək inzibati binanın otaqlarında dağıntılar törədib və bələdiyyənin 2 üzvünü döyərək onlara xəsarətlər yetiriblər”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

O qeyd edib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır.