Bakıda və Goranboyda oğurluq edən şəxslər tutuldubackend

Bakıda və Goranboyda oğurluq edən şəxslər tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Goranboyda oğurluq hadisəsi olub.

Bu barədə İnterPress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 1 500 manat dəyərində 15 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakini H.Babayev saxlanılıb.

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1 300 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini Ə.Rəsulov saxlanılıb.

 

İnterPress.az