Bakıda yeddi mənzildən oğurluq edən şəxs tutuldu – FOTObackend

Bakıda yeddi mənzildən oğurluq edən şəxs tutuldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsi 4 ünvanında yaşayan Bakı şəhər sakini olan bir nəfər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, evindən içərisində 25 000 manat, 1 200 dollar və dəqiq dəyərini bilmədiyi qızıl-zinət əşyalar olan seyf oğurlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Şöbə əməkdaşları tərəfindən dərhal hadisə nəzarətə götürülüb. Araşdırma zamanı məlum olub ki, 1-ci mərtəbədə yerləşən mənzilə naməlum şəxs dəmir barmaqlıqları sındıraraq pəncərədən daxil olub.

Son bir neçə ayda Nizami rayonunda oxşar məzmunlu, yəni binaların birinci mərtəbələrində yerləşən daha altı mənzildən oğurluqlar edilməsi polis əməkdaşlarında bu cinayətlərin eyni şəxs və ya şəxslər tərəfindən törədildiyi qənaəti yaradıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd edilən hadisələr əvvəllər dəfələrlə məhkum olunmuş, Sabunçu rayon sakini Sadiq Həsənov tərəfindən törədilib. 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan S.Həsənov etdiyi cinayətləri etiraf edib. Zərərçəkən şəxslər ifadələrində S.Həsənovun onların mənzillərindən ümumilikdə 38 800 manat, 1 200 dollar və 177 000 manat dəyərində qızıl-zinət əşyaları oğurladıqlarını qeyd ediblər. Oğurlanan qızılların və pulların bir qismi saxlanılan şəxsin yaşadığı mənzildən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxsin barəsində 24-cü Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib. S.Həsənov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

 

 

İnterpress.az