Bu gün Bakının 5 rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə İnterpress.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal, Binəqədi, Səbail, Xətai və Xəzər rayonlarındakı qaz xətləri üzərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 9-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun (Parlament prospekti, M.Müşviq, N.Nərimanov, Ə,Ələkbərov, A.Sultanova, İ.Qutqaşınlı, H.Cavid, A.Ağayev, S.Dağlı, G.Əsgərov, M.Rahim, Ə.Xanbabayev, K.Kazımzadə küçələri), Binəqədi rayonunun (N.Nərimanov, S.S.Axundov, Ş.Məmmədova, Ə.Rəcəbli, 3126-cı məhəllə, “Union Park” yaşayış kompleksi), Səbail rayonunun (Badamdar qəsəbəsi, 60-cı küçə və İçərişəhər), Xətai rayonunun (M.Hadi, X.Məmmədov, R.Məmmədov küçələri və Əhmədli kəndi) və Xəzər rayonunun (Türkan Üzümçülük və Bağlar yaşayış massivləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.