Gürcüstanda Kareli bələdiyyəsində baş verən bədbəxt hadisə nəticəsində 60 yaşlı şəxs ölüb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Samtsevri kəndində baş verən qətl hadisəsinə təsadüfən açılan atəş səbəb olub.
Həmkəndlilərinin verdiyi məlumata görə, təqsirləndirilən şəxslə mərhum arasında münaqişə olmayıb, hadisə baş verən gün onlardan biri ova çıxıb, digəri isə balıq tuturmuş.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq başlayıb. Təqsirləndirilən şəxs saxlanılıb.
Təqsirləndirilən şəxslərin yaxınları təxmin edirlər ki, istintaq zamanı həmin maddə dəyişdiriləcək.