Baş din xadimi sükan arxasında SƏRXOŞ YAXALANDI – İşdən çıxarıldı, həbs olundu – FOTObackend

Baş din xadimi sükan arxasında SƏRXOŞ YAXALANDI – İşdən çıxarıldı, həbs olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmam gecə klubunun yanında sərxoş vəziyyətdə avtomobil idarə edərkən yaxalanıb.

interpress.az xəbər verir ki, bu barədə qazax mediası məlumat yayıb. Bildirilir ki, Kostanay vilayətinin baş din xadimi gecə saatlarında Burabay kəndində Region klubunun yaxınlığında saxlanılıb. O, sərxoş halda “Highlander” markalı avtomobil idarə edərkən yaxalanıb.

İmam Tajimbetov artıq işdən çıxarılıb.

Məhkəmədə imam günahını etiraf etməyib. O, müdafiəsində “yalnız qımızdan istifadə etdiyini” bildirib. Amma ekspertizanın nəticələri bunun əksini göstərib.

Baxıtbek Tajimbetov Cinayət Məcəlləsinin 608-ci maddəsi ilə cəzalandırılıb. Məhkəmənin qərarına əsasən, o, 15 gününü dəmir barmaqlıqlar arxasında keçirəcək.

O, həmçinin yeddi il müddətinə sürücülük vəsiqəsindən məhrum edilib.

Xuraman Etibarlı

İnterpress.az