Baş konsul: “Ermənistan Azərbaycanla müharibənin nəticələrini hesablamamışdı” – FOTObackend

Baş konsul: “Ermənistan Azərbaycanla müharibənin nəticələrini hesablamamışdı” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev “Twitter” hesabında Ermənistanın Azərbaycanla müharibənin nəticələrini hesablamadığı barədə paylaşım edib.

O, Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru və həmtəsisçilərindən biri, Orta Asiya-Qafqaz İnstitutu və İpək Yolu Tədqiqatları Proqramının Araşdırma direktoru Svante E.Kornellin bu barədə yazısını paylaşıb.

Məqalədə qeyd olunur ki, Ermənistanın göstərilən səhv hesablamalarından yaranan uzunmüddətli ziyan göz qabağındadır. Zərərin bir hissəsi fiziki olduğu halda, daha da əhəmiyyətlisi zehni ziyandır: Ermənistanın hərbi cəhətdən üstünlük hissi indi pozulub.

Bildirilir ki, Ermənistan Azərbaycanın ondan üstün olmasını əvvəlcədən hesablamayıb və bu da onun məğlubiyyəti ilə nəticələnib.

“Xalqın tarixinə görə Ermənistan böyük ölçüdə beynəlxalq xoş niyyətdən bəhrələnib. Ancaq Yerevanın 1993-1994-cü illərdə Azərbaycanlıların ərazilərinə doğru irəliləməsi və etnik təmizlənməsi bu düşüncəni dəyişdirdi”, – deyə Ağayev bildirib.

 

İnterpress.az