Batumi turizm mövsümündə səs-küyə nəzarəti gücləndirib.
İntertpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb. Bildirilir ki, Batumidə turizm mövsümünə görə səs-küyə nəzarət gücləndirilib.
Bələdiyyə müfəttişi xüsusi akustik səs-küyə nəzarət rejiminə keçib. Bu, çoxlu turist axını ilə bağlıdır.
İlin əvvəlindən icazə verilən səs-küy səviyyəsinin aşılması ilə bağlı 69 şikayət qeydə alınıb, onlardan 16-sı artıq cərimələnib.
Monitorinq gündüz saatlarında (saat 07:00-dan 23:00-dək) aparılan tikinti işlərinə, eləcə də meriya ilə razılaşdırılmış tədbirlərə şamil edilmir.
Xuraman Etibarlı
İntertpress.az