Bayden Belarusa qarşı sanksiyaların müddətini uzadıbbackend

Bayden Belarusa qarşı sanksiyaların müddətini uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Cozef Bayden Belarusa qarşı sanksiyaları bir il müddətinə uzadıb.

İnterpress.az xəbər verir ki, Birləşmiş Ştatların geniş iqtisadi məhdudlaşdırıcı tədbirləri 2020-ci ildə tətbiq olunub.

Ağ Evdə sanksiyaların tətbiqinə Belarusda hakimiyyət orqanlarının prezident seçkilərinin saxtalaşdırılması ilə bağlı qeyri-qanuni və repressiv fəaliyyəti, həmçinin siyasi müxalifətin aradan qaldırılması səbəb göstərilir. Bundan əlavə, ölkə hökuməti beynəlxalq mülki hava səyahətlərinə təhlükə yaratmaqda ittiham olunur.