Bayden Stoltenberqlə NATO sammitinə hazırlığı müzakirə edəcəkbackend

Bayden Stoltenberqlə NATO sammitinə hazırlığı müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Cozef Bayden cümə axşamı günü NATO-nun baş katibi Yens Stoltenberq ilə alyansın 28-30 iyunda Madriddə keçiriləcək sammitinə hazırlığı müzakirə edəcək.

Bu barədə çərşənbə günü jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Prezident sabah Ağ Evdə NATO-nun baş katibi Stoltenberq və özünün milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə görüşəcək. Onlar NATO-nun Madriddə keçiriləcək sammitinə hazırlıq və transatlantik alyansımızın gücünü müzakirə edəcəklər”, – o deyib.