Bayden Ukraynaya bu raketləri göndərməyəcəklərini açıqladıbackend

Bayden Ukraynaya bu raketləri göndərməyəcəklərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları Ukraynaya Kiyevin Rusiya ərazisinə zərbə endirməsinə imkan verəcək uzaqmənzilli raket sistemləri göndərməyəcək. 

İnterpress.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.

Amerika lideri jurnalistlərin Vaşinqtonun Kiyevə uzaqmənzilli raket silahlarını ötürməyə hazır olub-olmayacağı ilə bağlı sualını cavablandırarkən deyib: “Biz Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verən raket sistemləri göndərməyəcəyik”.

Bundan əvvəl “New York Times” mənbələrə istinadən xəbər verir ki, Ağ Ev Ukraynaya atəş məsafəsi 500 km-ə çata bilən M31 GMLRS (Guided Multiple Launch Rocket System) qurğuları ilə təchiz etmək qərarına gəlib.

Bundan əlavə, bu cür qurğular peyklərdən idarə olunan raketlərlə təchiz oluna bilər.