Bayden və Si Cinpin arasında danışıqlar keçirilibbackend

Bayden və Si Cinpin arasında danışıqlar keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenlə çinli həmkarı sədri Si Cinpin arasında telefon danışığı baş tutub.

Ağ Evin məlumatına görə, söhbət iki saatdan çox davam edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, danışıqlar zamanı digər məsələlərlə yanaşı, Ukrayna ətrafındakı vəziyyət, habelə Hind-Sakit okean regionunda vəziyyət müzakirə edilib.

Kirbinin sözlərinə görə, Amerika lideri söhbət zamanı ABŞ-ın “vahid Çin” siyasətində heç bir dəyişiklik olmadığını təsdiqləyib.

Mənbə: TASS