Baydenin İsrail siyasətini tənqid edən 100 ABŞ diplomatı bəyanat yayıbbackend

Baydenin İsrail siyasətini tənqid edən 100 ABŞ diplomatı bəyanat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Dövlət Departamentinin və Beynəlxalq İnkişaf Agentliyinin 100 diplomatı prezident Co Baydeni İsrailin Qəzzaya hücumları ilə bağlı “yalan məlumat yaymaqda” ittiham edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. ABŞ-ın “Axios” xəbər saytının məlumatına görə, Xarici İşlər Nazirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) çalışan 100 diplomatın imzaladığı bəyannamədə İsrailin Qəzzada “müharibə cinayətləri” törətdiyi bildirilib.

Bəyanatda vurğulanıb ki, Bayden oktyabrın 10-da verdiyi açıqlamada Həmasın İsrailə hücumları ilə bağlı yalan məlumat söyləyib.

Xarici İşlər Nazirliyinin siyasət idarəsinə təqdim edilən bəyanatda ABŞ-dan İsrail və HƏMAS-ın nəzarətində olan məhbusların azad edilməsi üçün çalışmağa çağırılıb və minlərlə fələstinlinin heç bir ittiham irəli sürülmədən İsrail həbsxanalarında saxlandığına diqqət çəkilib. Bəyanatda Baydendən İsrailin hərəkətlərini daha çox şübhə altına alması istənilib.