Türkiyənin “Baykar” şirkətinin Qəzzaya ayırdığı 286 milyon lirəlik humanitar yardım Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Türkiyə Dəyanət Vəqfinə nağd ianə şəklində çatdırılıb.
İnterpress.az-ın məlumatına görə, fələstinlilərə göndərilməsi nəzərdə tutulan yardım paketində qida, dərman və tibbi dəstək avadanlıqları da daxil olmaqla humanitar yardım ləvazimatları olacaq.