Bayraktar”dan yeni rekord – Fotolar+Videobackend

Bayraktar”dan yeni rekord – Fotolar+Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin pilotsuz uçuş aparatı “Bayraktar TB2” sistemi 400 min uçuş saatını müvəffəqiyyətlə tamamlayıb.

“Qafqazinfo” “Baykar Savunma” şirkətinə istinadən xəbər verir ki, “Bayraktar TB2” Türkiyənin səmada ən uzun xidmət edən milli təyyarəsi olub.

Türkiyənin milli PUA sistemlərini istehsal edən “Baykar” tərəfindən hazırlanan, texniki xüsusiyyətləri və əməliyyatları qiymətləndirildikdə öz sinfində dünyanın ən yaxşısı olan milli “Bayraktar TB2” 2014-cü ildə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) inventarına daxil olub.

2015-ci ildə silahlanmış pilotsuz uçuş aparatı hazırda Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı, Təhlükəsizlik Baş İdarəsi və MİT tərəfindən operativ şəkildə istifadə olunur. “Bayraktar TB2” 2014-cü ildən bu yana təhlükəsizlik qüvvələri tərəfindən daxildə və xaricdə terrorla mübarizədə aktiv fəaliyyət göstərir.

Türkiyənin dünyaya ixrac etdiyi ilk PUA sistemi olan “Bayraktar TB2”lər dünya aviasiya və müdafiə sənayesi tərəfindən maraqla izlənilir. “Bayraktar TB2” ilə ixrac müqaviləsi imzalanan ölkələrin sayı 13-ə çatıb. Hal-hazırda cəmi 257 “Bayraktar TB2” Türkiyə, Ukrayna, Qətər, Azərbaycan və çatdırılma edildiyi ölkələrin inventarında xidmətini davam etdirir.

Türk aviasiya tarixində yeni çığır açan “Bayraktar TB2” PUA-lar gələn il Polşa səmasında uçacaq. Beləliklə, Türkiyə ilk dəfə olaraq NATO və Avropa İttifaqı (Aİ) üzvü olan bir ölkəyə yüksək texnologiyalı S/PUA (Silahlı Pilotsuz Uçuş Aparatı) ixrac etmiş olacaq.