Bayraqdar” və “Javelin” tətbiq edilir, vəziyyət gərgindirbackend

Bayraqdar” və “Javelin” tətbiq edilir, vəziyyət gərgindir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya helikopter, dron və təyyarələrin tədarükü Kiyevi kəskin və təhlükəli addımlar atmağa sövq edir.

bu barədə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

“Ukrayna ordusu Donbasda ABŞ-ın tədarük etdiyi “Javelin” tank əleyhinə raket komplekslərindən və Türkiyə istehsalı silahlı pilotsuz uçuş aparatlarından istifadə etdiyini açıqlayıb. Nəticədə ölkənin şərqində vəziyyət daha da ağırlaşır.

NATO-ya üzv dövlətlər isə Rusiya Federasiyasının öz ərazisində qoşunların hərəkətinə daha çox diqqət ayırır”, – deyə Gerasimov bildirib.

O vurğulayıb ki, KİV-də Rusiyanın Ukraynaya hücuma hazırlaşdığı barədə yayılan məlumatlar yalandır.    /axar.az/