Belarus Rusiya ilə münaqişəni həll etmək üçün Ukrayna ilə əlaqə qurmağa çalışır.
İnterpress.az xəbər verir ki, bu barədə Belarus xüsusi xidmət orqanlarının rəhbəri İvan Tertel bildirib. O deyib ki, ölkə Ukrayna ilə əlaqələr qurmağa çalışır və bu görüşlər “konsensus əldə etmək” baxımından həlledici əhəmiyyət daşıyır.
Qeyd olunur ki, 2022-ci ildə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya öz ərazisindən istifadə icazəsi verib, lakin ölkəsinin silahlı qüvvələrini birbaşa münaqişəyə cəlb etməyib.
Son vaxtlar isə ABŞ prezidenti Donald Tramp Lukaşenkoya müraciət edərək, səfir göndərdikdən sonra 50-dən çox siyasi məhbusun azad olunmasını təmin edib.
Xuraman Etibarlı
İnterpress.az






