Beynəlxalq axtarışda olan Lusik Karapetyan Dubaydan Rusiyaya EKSTRADİSİYA EDİLDİ – VİDEObackend

Beynəlxalq axtarışda olan Lusik Karapetyan Dubaydan Rusiyaya EKSTRADİSİYA EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni əsilli bloqer Lusik Karapetyan BƏƏ-dən Rusiyaya ekstradisiya edilib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Erməni mənşəli tanınmış rusiyalı bloqer Lusik Karapetyan Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Rusiyaya ekstradisiya edilib.

O, xüsusilə külli miqdarda dələduzluq və mütəşəkkil maliyyə fırıldaqçılığı törətməkdə rəsmən ittiham olunur.

İstintaqın məlumatına görə, Karapetyan sosial şəbəkələrdə insanlara mərc oyunlarında böyük uduşlar vəd edən cinayətkar qrup yaradıb.

Lakin faktiki olaraq, həmin qrup vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda pul vəsaitlərini mənimsəyib.

Dələduzluq əməllərinə görə beynəlxalq axtarışa verilən bloqer qadın 2023-cü ildə BƏƏ-də saxlanılmışdı.

Uzun sürən hüquqi ekstradisiya prosedurlarından sonra onun Rusiyaya təhvil verilməsi barədə yekun qərar qəbul edilib və o, rəsmən ölkəsinə gətirilib.

Xuraman Etibarlı

İnterpress.аz