Beynəlxalq Tennis Federasiyası Jerar Pikeni məhkəməyə verəcəkbackend

Beynəlxalq Tennis Federasiyası Jerar Pikeni məhkəməyə verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Tennis Federasiyası (ITF) İspaniya millisinin və “Barselona” klubunun keçmiş futbolçusu Jerar Pikeni məhkəməyə verəcək.

“Report” xəbər verir ki, ITF keçmiş müdafiəçi və onun şirkəti “Kosmos”a qarşı müqavilənin birtərəfli qaydada pozulmasından sonra dəymiş ziyanın ödənilməsi üçün məhkəmə iddiası hazırlayır.

Pikenin təsis etdiyi “Kosmos” və ITF Devis Kubokunun keçirilməsi ilə bağlı müqaviləni ləğv ediblər. Buna səbəb şirkətin hər il üçün Beynəlxalq Tennis Federasiyasına təxminən 40 milyon avro ödəməsini nəzərdə tutan müqaviləni yenidən müzakirə etməkdən imtina etməsi olub. Bu, turnirin formatının dəyişdirilməsi ilə nəticələnib.

Qeyd olunub ki, ITF əvvəlki borcların qaytarılması, həmçinin, nüfuza dəyən zərərlə bağlı “Kosmos”a qarşı hüquqi prosedurlara başlayacaq.