BİABIRÇILIQ: Polşa Prezidentinə Makronun adıyla zəng edib söhbət ediblərbackend

BİABIRÇILIQ: Polşa Prezidentinə Makronun adıyla zəng edib söhbət ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Prezidenti Anjey Dudaya telefonla zarafat edilib.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhurlara qarşı zarafatları ilə tanınan rusiyalı fenomenlər Vladimir Kuznetsov və Aleksey Stolyarovun son “qurban”ı Polşa Prezidenti Anjey Duda olub.

Onlar Dudanın ofisinə zəng edərək özlərini Fransa prezidenti Emmanuel Makron kimi təqdim ediblər.

Makronla danışdığını zənn edən Duda rus fenomenləri ilə uzun-uzadı söhbət edib.

Telefon danışığı zamanı noyabrın 15-də Polşaya düşən raketlə bağlı məlumat verən Duda bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski bu raketin Rusiyaya məxsus olduğunu təkid edib.

Bayden isə hadisəyə görə Rusiyanın məsuliyyət daşımadığını bəyan edib. Duda Rusiya ilə böhranı dərinləşdirməmək üçün çox diqqətli olduğunu vurğulayıb.

Qeyd edək ki, telefon danışığını təsdiqləyən Polşa Prezident Aparatı araşdırmaya başlayıb.

Xatırladaq ki, bundan öncə də fenomenlər o zaman özlərini Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres kimi təqdim edərək Dudanı aldadıblar..

Bundan əvvəl İngiltərənin keçmiş baş naziri Boris Conson, Fransa prezidenti Emmanuel Makron, İngiltərə müdafiə naziri Ben Wallace kimi şəxslər də onların tələsinə düşüb.