Biləsuvarda traktorla minik maşını toqquşubbackend

Biləsuvarda traktorla minik maşını toqquşub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunda yol qəzası hadisəsi baş verib.

Hadisə Bakı-Astara magistralının Bəydili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Füzuli rayonunun Pirəhmədli kənd sakini Kamal Bağban oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili Biləsuvar rayonunun Bəydili kənd sakini Elxan Cankişi oğlu Adışovun idarə etdiyi traktorun arxasındakı presbağlayan qoşqusuna çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

İnterpress.az