Biləsuvarda yük avtomobili ilə minik avtomobili toqquşub, xəsarət alan varbackend

Biləsuvarda yük avtomobili ilə minik avtomobili toqquşub, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə Biləsuvar şəhərində bazara yaxın ərazidə qeydə alınıb.

Belə ki, “BMW” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobili toqquşub. Qəzada minik avtomobilinin sərnişini, Cəlilabad rayonun Təzəkənd kənd sakini, Bayramova Gülər Qulam qızı xəsarət alaraq, Biləsuvar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma gedir.