“Bir-birinin arxasınca danışır, üz-üzə gələndə “canımsan“ deyirlər“backend

“Bir-birinin arxasınca danışır, üz-üzə gələndə “canımsan“ deyirlər“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrin Azərbaycan seqmentində ən çox təhqirə məruz qalan peşə sahibləri arasında müğənnilər ilk sırada gəlir. Onların ünvanına təhqir dolu ifadələrlə yanaşı, yaşlı və primitiv düşüncə sahibinin leksikomuna daxil olan qarğışlar da istifadə olunur. Təəccüblü budur ki, insanlar virtual aləmdə söydükləri şəxsləri real aləmdə bağrına basır, onlarla şəkil çəkdirmək üçün sıra gözləyirlər. Bəs, dünən söydüklərini bu gün niyə öyürlər?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, sosial meidada bir-birini qıran amma üz-üzə gələndə öpüşüb-görüşən insanların davranışına üzgörənlik deyilir.

“Bilinmir adam dostdur, yoxsa düşmən. Əlbəttə, təəccüb doğurur, necə ola bilər ki, arxamca nələr deyirdi, indi isə “canımsan”, gözümsən” deyir. Bu cür ifadələri necə deyə bilirlər? Bu, sosial xarakterdir, ictimai proseslərin dərk edilməsində hakim mövqe tutur. Çünki xarakter cəmiyyətin əsas fəaliyyət elementidir.

Bəzən virtual aləmdə məşhurları, təkcə müğənniləri yox, deputatları söyənlər özlərini şir, pələng kimi hiss edirlər. Ancaq real aləmdə maska dəyişir”.

A.Ələkbərova qeyd edib ki, belə hallar məşhurların arasında da baş verir.

“Vaxtaşırı efirlərdə iştirak etdiyim zaman məşhurların özləri mənə bu sualı ünvanlayırlar. “Bu necə ola bilər axı, mənimlə çox yaxşı münasibətdədir, eyni toyu paylaşmışıq, ancaq sonra eşidirəm ki, arxamca nələr danışır”. Bu sayaq davranışı göstərənə əsla güvənmək olmaz. Paxıllıq bir mərəzdir, insanı içindən yeyir. Bunun əksi qibtədir. O, insanın xoşbəxtlik hormonlarını artırır”.

Ayzel

“Bir-birinin arxasınca danışır, üz-üzə gələndə “canımsan“ deyirlər“