Bir tavaya görə Finlandiya vətəndaşı 560 avro CƏRİMƏLƏNDİbackend

Bir tavaya görə Finlandiya vətəndaşı 560 avro CƏRİMƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya vətəndaşı Rusiyaya sanksiya siyahısındakı tavanı keçirmək istədiyi üçün 560 avro cərimələnib.

İnterpress.az xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.

Narva keçid-buraxılış məntəqəsində Estoniya gömrükçüləri 39 yaşlı qadının baqajında yeni alüminium tava aşkarlayıblar.

Sözügedən əşyanın Rusiyaya aparılması sanksiyalarla qadağan edilib.

Qadın tavanı hədiyyə kimi aparmaq istədiyini və məhdudiyyətlərdən xəbərsiz olduğunu bildirib.

O, tavası ilə birlikdə Estoniyaya geri qaytarılıb.

Xuraman Etibarlı

İnterpress.az