Bitməyən tıxac problemi: “Bakıətrafı ərazilərdə məktəbə əlçatanlığın təmin olunması…”backend

Bitməyən tıxac problemi: “Bakıətrafı ərazilərdə məktəbə əlçatanlığın təmin olunması…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tıxaclarla mübarizənin sırf nəqliyyatla bağlı istiqamətləri həlledici olsa da, məskunlaşma problemləri də həll edilməlidir”.

Bu sözləri tıxac probleminə toxunan nəqliyyat eksperti Ərşad Hüseynov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu problem plansız məskunlaşmanın və şəhərdə tikinti sıxlığının artmasının nəticəsidir:

“Təəssüf ki, şəhər daxilində çoxlu yeni binalar tikiləndə və xüsusən şəhər ətrafında yüz minlərlə yeni evlər tikiləndə məktəb ehtiyacı nəzərə alınmayıb. Bu səbəbdən on minlərlə şagird fərdi avtomobillər və taksilərlə hər gün şəhər daxilindəki məktəblərə gətirilir və geri qaytarılır. Odur ki, Bakıətrafı ərazilərdə məktəbə əlçatanlığın təmin olunması, həmin ərazilərdəki mövcud məktəblərdə şəraitin yaxşılaşdırılması istiqamətində ciddi işlər görülməlidir. Eyni zamanda şəhərdəki bəzi məktəblərin digərlərinə nisbətdə daha prestijli olması həm faktiki olaraq, həm də oturuşmuş düşüncə olaraq aradan qaldırılmalıdır.
Bəzi xüsusi məktəblər var ki, onlara uzaq məsafələrdən nəqliyyatla gəlmə zərurəti qalacaq. Onlar üçün ictimai nəqliyyatdan istifadə təşviq edilməli, ictimai nəqliyyatla problem olan hallarda isə mərkəzləşdirilmiş qaydada, təhlükəsizlik tələbləri təmin olunmaqla “Məktəb avtobusları” təşkil edilməlidir. Tıxaclarla mübarizənin sırf nəqliyyatla bağlı istiqamətləri həlledici olsa da, paralel olaraq bu tipli məskunlaşma problemləri də həll edilməlidir”.