Borrel: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü hərtərəfli həll yolunda mühüm addımdır”backend

Borrel: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü hərtərəfli həll yolunda mühüm addımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Tbilisidə baş tutan görüş hərtərəfli həll yolunda mühüm addımdır”.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel tviter hesabında qeyd edib.

“Normallaşmaya, barışığa yalnız birbaşa dialoqla nail olmaq mümkündür”, – Borrel vurğulayıb.

Borrel bildirib ki, Avropa İttifaqı sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə maraqlıdır.