Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıbbackend

Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üç min ton qarğıdalı ilə Ukraynadan İtaliyaya üzən “Lady Zehma” yük gəmisi cümə axşamı İstanbulun Bosfor boğazında saya oturub.

Bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.

Məlumata görə, insident gəmi İstanbulun Bebek səmti yaxınlığından keçərkən baş verib.

Nəticədə boğazda nəqliyyatın hərəkəti dayandırılıb.

Hadisə yerinə 4 yedək gəmisi göndərilib.

Mənbə: TASS