Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİbackend

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını beş maddə ilə genişləndirib.

İnterpress.az xəbər verir ki, bunu Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısı sübut edir.

Aşağıdakılar məhdudiyyətlərə məruz qalıb:

— Artyom Çaykaya qarşı sanksiyalar tətbiq edilib;

— Texniki və İxrac Nəzarəti Federal Xidmətinin direktoru Selinə qarşı sanksiyalar tətbiq edilib;

— Rusiya Federasiyasının müdafiə nazirinin müavini Fradkova qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib;

— Kirov-Enerqomaş zavoduna və Rosatom Additive Technologies şirkətinə qarşı sanksiyalar tətbiq edilib.

Ümumilikdə Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyalar siyahısına 1700-dən çox fiziki və 384 hüquqi şəxs daxildir.

Xuraman Etibarlı

İnterpress.az