Böyük enerji kəsintisi zamanı tennis oynayan Berlin meri İSTEFA VERİRbackend

Böyük enerji kəsintisi zamanı tennis oynayan Berlin meri İSTEFA VERİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elektrik kəsintisi zamanı tennis oynayan və yalan danışan Berlin meri vəzifəsindən gedir.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Almaniyanın paytaxtı Berlinin meri (burqomistri) Kay Veqner vəzifəsindən gedəcəyini və sentyabrda keçiriləcək parlament seçkilərində namizədliyini geri götürdüyünü elan edib.

Xristian Demokrat İttifaqı (XDİ) partiyasından olan siyasətçi bu addımını şəhər sakinlərinə öz siyasi mesajlarını düzgün çatdıra bilməməsi ilə izah edib.

O, verdiyi rəsmi bəyanatda cəmiyyətdə ciddi narazılığa səbəb olan səhvlərini etiraf edərək, “bəli, ünsiyyətdə səhvlərə yol verdim və bu, həqiqətən bərbad addım idi” – deyə bildirib.

Merə qarşı etirazların və onun reputasiyasının zədələnməsinin əsas səbəbi yanvar ayında Berlində baş verən genişmiqyaslı elektrik kəsintisi (blekaut) zamanı davranışları barədə yalan danışması olub.

Siyasətçi əvvəlcə evdən işlədiyini və böhranı idarə etdiyini iddia etsə də, sonradan onun işi yarımçıq qoyaraq tennis oynamağa getdiyi üzə çıxıb.

XDİ partiyasının reytinqinin 17 faizə düşməsindən sonra Veqneri maliyyə senatoru Ştefan Eversin əvəzləyəcəyi gözlənilir.

Xuraman Etibarlı
İnterpress.az